Rusiyaya məxsus VIP hərbi təyyarə Moskvadan Pxenyana uçub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Bloomberg” nəşri “FlightRadar24” xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, təyyarə iyulun 31-dən avqustun 2-dək orada olub. Rusiya Hərbi Hava Qüvvələrinə məxsus bu tip təyyarənin 2019-cu ildən bəri ilk dəfə Şimali Koreyaya səfər etdiyi bildirilir.
İlkin ehtimallara görə, uçuş mümkün silah müqaviləsi ilə əlaqəli olub.
Qeyd olunur ki, Rusiya və Şimali Koreya rəsmiləri bu uçuş barədə məlumat verməyiblər.
“AzPolitika.info”


Şərhlər