Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı hazırlanmış sui-qəsdin qarşısı alınıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda Zelenskiyə hücum cəhdi ilə bağlı bir ukraynalı qadının saxlanıldığı qeyd olunub.
İddialara görə, həmin qadın Zelenskinin yeri ilə bağlı məlumatları Rusiya qüvvələrinə ötürməyi planlaşdırıb. Bildirilib ki, bura Zelenskinin Nikolayev vilayətində səfər etdiyi müəyyən yerlər daxildir. Ukrayna rəsmiləri iddia edirlər ki, ruslar koordinatları öyrəndikdən sonra Zelenskini öldürmək üçün həmin bölgəyə hava hücumu planlayıbmış.
Açıqlamada ukraynalı qadının dindirilməsinin davam etdiyi bildirilib.
“AzPolitika.info”


Şərhlər