Menu

“Heç bir kompromis ola bilməz!” – “Növbəti "Minsk-3" olmayacaq”

07.08.2023, 17:32
“Heç bir kompromis ola bilməz!” – “Növbəti "Minsk-3" olmayacaq”

Ukrayna hakimiyyəti Rusiya ordusunun işğal olunmuş əraziləri tərk etməsini nəzərdə tutmayan hər hansı atəşkəsi və kompromisi qəbul etmir.

"AzPolitika.info" xəbər verir ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak belə bir bəyanatla çıxış edib.

Podolyak öz "tvitter" səhifəsində yazıb ki, rəsmi Kiyev yalnız Prezident Volodimir Zelenskinin təklif etdiyi "sülh formulu" ətrafında müzakirələr apara bilər. Bu isə birmənalı şəkildə işğalçı Rusiya qoşunlarının bütünlükdə Ukrayna ərazilərini tərk etməsini nəzərdə tutur: "Rusiyanın işğal olunmuş ərazilərdə qalmasına vaxt verən "dərhal atəşkəs elan olunması", "burada və dərhal danışıqlar" kimi hər hansı kompromis variant qəbul oluna bilməz. Yalnız Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılması!"

Podolyak əlavə edib ki, "Minsk-3" razılaşması olmayacaq, çünki bu, gələcəkdə müharibənin davamına gətirib çıxaracaq. O, qeyd edib ki, artıq dünənə qədər Rusiyaya neytral yanaşan dövlətlər də bunu anlamağa başlayıblar və Moskvanın beynəlxalq hüququ "öldürməsinə" göz yummaq fikrində deyillər.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol