Menu

Tunisdə immiqrantları daşıyan qayıq batıb: 11 nəfər ölüb, 44 nəfər itkin düşüb

07.08.2023, 23:00
Tunisdə immiqrantları daşıyan qayıq batıb: 11 nəfər ölüb, 44 nəfər itkin düşüb

Tunisin Şafaks əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq aşıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər ölüb, 44 nəfər itkin düşüb.

Tunisin daxili işlər naziri Kamal əl-Faki avqustun 2-də parlamentdəki çıxışında qeyd edib ki, bu ilin əvvəlindən iyulun 20-dək ölkəsinin sahillərində 901 cəsəd tapılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol