Menu

“Məqsədimiz Rusiya hərbi kontingentini evinə yola salmaqdır...” – “Ankarada bu sualı Putinə vermək lazımdır”

08.08.2023, 13:20
“Məqsədimiz Rusiya hərbi kontingentini evinə yola salmaqdır...” – “Ankarada bu sualı Putinə vermək lazımdır”

“Məqsədimiz 10 noyabr 2020-ci il bəyanatının bəndlərindən birindən istifadə edərək Rusiya hərbi kontingentini iki ildən sonra evinə yol salmaq və bununla Azərbaycan torpaqlarında separatçılığa birdəfəlik son qoymaqdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu poltoloq Elxan Şahinoğlu Qarabağ probleminin həlli ilə bağlı rəsmi Bakının yürütdüyü hazırkı siyasəti şərh edərkən bildirib.

“Bu, həm də strateji müttəfiqimiz Türkiyənin də məqsədidir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs zirvə toplantısında açıq şəkildə səsləndirib. Top Rusiya Prezidenti Vladimir Putinin meydanındadır, ancaq o bu məsələylə bağlı fikrini hələ söyləməyib”, - ekspeert əlavə edib.

E.Şahinoğlu hesab edir ki, Kreml sahibinin mövqeyini öyrənməyin bir yolu var: “Rusiya Prezidenti bu ayın sonunda Türkiyəyə rəsmi səfər edəcək, Putin Ərdoğanla müxtəlif məsələləri, o cümlədən Azərbaycan-Ermənistan danışıqlarını və Zəngəzur dəhlizini müzakirə edəcək. Prezidentlər böyük ehtimalla müzakirələrin sonunda mətbuatın qarşısına çıxacaqlar. Türkiyədə bu növ toplantılarda 4 suala imkan verilir, ikisini yerli jurnalist, ikisini qonaq jurnalist verir. Yerli jurnalistlərdən birinin “Cənab Putin, Rusiya Azərbaycanın istəyi ilə iki ildən sonra Qarabağdan hərbi kontingentini çıxarmağa hazırdırmı” sualını səsləndirməsinə ehtiyacımız var”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol