Menu

Bakıda orta aylıq əməkhaqqı 10 % artıb

08.08.2023, 15:30
Bakıda orta aylıq əməkhaqqı 10 % artıb

Bu ilin yanvar-may aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 174,5 manat olub.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,1 % artaraq 916,8 manata çatıb.

Şərhlər

Hesabdar 2023-08-08 20:43:02

Çox müəmmalı irəliləyiş? Minimal təqaüd və maaş 14%dən çox yüksəlibsə, orta maaş artımı necə 11%dən az olar?

Hafiz 2023-08-08 16:56:05

Bəs ərzaq mallarının qiymətinin 45-65 faiz artımı bu artımla necə qarşılaşır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol