Menu

Ruslar ukaynalı hərbi əsirə qarşı zorakılıq edib – FOTO

08.08.2023, 15:58
Ruslar ukaynalı hərbi əsirə qarşı zorakılıq edib – FOTO

Sosial şəbəkələrdə rus əsgərlərinin əsir götürdükləri ukraynalı hərbçiyə qarşı zorakılıq etdiyinə dair video yayılıb.

"AzPolitika.info" xəbər verir ki, həmin videoda üç rus hərbçisinin balta və silahla ukraynalı əsgəri hədələdikləri və təhqir etdikləri görünür. Dəhşətli kadrların bazar günü, Luqansk vilayətinin Novoselivka kəndi yaxınlığında lentə alındığı ehtimal edilir. Həmin hərbçinin isə Rusiya mövqelərinə hücum etmək istəyən kəşfiyyat qrupunun üzvü olduğu bildirilir.

Sözügedən videoda rus hərbçiləri zorakı davranışlarla ondan komandirinin yerini deməsini tələb edirlər.

Daha sonra başqa bir rus əsgərinin uzun saplı baltanın başı ilə ukraynalı hərbçinin çiyninə zərbə endirdiyi görünür.

Videonun davamında rus hərbçilər əsir götürdükləri şəxsi silahla hədələyirlər.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol