Gürcüstanın keçmiş Prezidenti, hazırda həbs həyatı yaşayan Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.
“AzPolitika.info” xəbər verir ki, Saakaşvili 2008-ci il avqustun 8-də baş verən Rusiya işğalı zamanı Azərbaycanın Gürcüstana verdiyi dəstəyin kifayət qədər qiymətləndirilmədiyini bildirib.
“Dostumuz, qonşumuz bizi yanacaq infrastrukturu və ölkəmizin xilasında mühüm əhəmiyyət kəsb edən maliyyə ilə təmin etdi. Yəqin ki, hərbi sahədə dəstəyindən Azərbaycan özü danışmalıdır, amma bu çox vacib idi. Mən şəxsən İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm”, -Saakaşvili vurğulayıb.
“AzPolitika.info”


Şərhlər