Menu

PUTİNDƏN "DOST OLMAYAN ÖLKƏLƏR"Ə QARŞI HƏMLƏ - Kreml sahibi fərman imzaladı, Aİ-dən sərt təpki gəldi

09.08.2023, 12:49
PUTİNDƏN "DOST OLMAYAN ÖLKƏLƏR"Ə QARŞI HƏMLƏ - Kreml sahibi fərman imzaladı, Aİ-dən sərt təpki gəldi

Rusiya Prezidenti Vladimir Putin "dost olmayan ölkələr"lə ikiqat vergi müqavilələrinin dayandırılması haqqında fərman imzalayıb. Rəsmi biznes informasiya portalındakı sənəddə 40-a yaxın ölkənin, o cümlədən ABŞ, Aİ dövlətləri, Böyük Britaniya, Cənubi Koreya, Avstraliya, Yaponiya və s. adları yer alıb.

Fərmana əsasən, qərar bəzi ölkələrin Rusiya vətəndaşlarına və hüquqi şəxslərinə qarşı “qeyri-dost hərəkətləri” ilə əlaqədar “təcili tədbirlərin görülməsi zərurəti əsasında” qəbul edilib.

Putin hökumətə müvafiq qanun layihəsini hazırlayıb Dövlət Dumasına təqdim etməyi tapşırıb.

İkiqat vergi haqqında müqavilə bir ölkənin vergi rezidenti olan, lakin digər ölkədə gəlir əldə edən hüquqi və fiziki şəxslərə bir ölkədə vergi ödəməyə imkan verir.

Hüquqşünaslar ikiqat vergitutma sazişinin dəqiq nə vaxt dayandırılacağı sualına cavab verməkdə çətinlik çəkiblər. Onlar Putinin imzaladığı fərmanı beynəlxalq hüquq sistemini məhv edən növbəti addım adlandırıblar.

İlin əvvəlində Rusiya Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi ikiqat vergi müqavilələrinin dayandırılmasını təklif etmişdi. Bundan bir qədər əvvəl Avropa İttifaqı Rusiyanı vergi yurisdiksiyalarının “boz siyahısı”na daxil etmişdi. Brüsselin mövqeyinə görə, Moskva beynəlxalq şirkətlər üçün xüsusi rejimlə bağlı məsələlərin həllinə həvəs göstərməyib və Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya ilə Aİ arasında vergilərlə bağlı dialoq dalana dirənib.

Rusiya Maliyyə Nazirliyi Aİ-nin hərəkətlərini birtərəfli qaydada məhdudlaşdırıcı tədbirlərin tətbiqi və beynəlxalq hüququn pozulması adlandırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol