Bu yaxınlarda Cümhuriyyət Xalq Partiyasından (CHP) ixrac edilən Bolu Bələdiyyə sədri Tanju Özcan qatıldığı proqramların birində CHP sədri Kamal Kılçdaroğluyla bağlı maraqlı açıqlamalar verib.
“AzPolitika.info” xəbər verir ki, T. Özcan keçmiş CHP millət vəkili Barış Yarkadaşın Kılıçdaroğluna CHP dəstəyinin 79 faiz olduğuna dair açıqlamasını şərh edib.
“Hazırda Kılıçdaroğlunun CHP-dəki səs nisbəti 10 faiz belə deyil. Bunu CHP-nin seçici kütləsini yaxşı tanıyan biri olaraq deyirəm. Tək CHP seçiciləri yox, hətta AK Partiyaya, İYİ Partiyaya səs verən insanlar belə deyirlər ki, “Kılıçdaroğlu dəyişməlidir”,-deyə, o, bildirib.
“AzPolitika.info”


Şərhlər