“Rusiyanın Kuzey Kıbrıs Türk Cumhuriyyətində (KKTC) konsulluq xidmətinin açılması əlamətdar hadisədir”.
“Bunu “AzPolitika.info”ya açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiya hökumətinin qərarını şərh edərkən deyib.
“Doğrudur, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa kimi ölkələrin də KKTC-də konsulluqları var. Rusiyanın Kıbrısda konsulluq xidmətinin açılmasını diqtə edən digər amil adanın şimalında təxminən 50 minə yaxın rusun yaşamasıdır”, - o əlavə edib.
Politoloq hesab edir ki, məsələnin siyasi tərəfi də var: “Rusiya Prezidenti Vladimir Putin bu ay Türkiyəyə səfər edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müxtəlif əməkdaşlıq məsələlərini müzakirə edəcək. Kreml sahibinin bu səfər ərəfəsində Kıbrısda konsulluq xidmətinin açılmasına yaşıl işıq yandırması Ərdoğan tərəfindən müsbət qarşılanacaq. Bu Putinin səfərinə müsbət çalar qatacaq. Fikrimcə, bu qədər ölkə Kuzey Kıbrıs Türk Cumhuriyyətində konsulluq açırsa Bakı da KKTC ilə əlaqələrin genişləndirilməsina başlamalıdır. Bu sıraya konsulluq xidmətindən tutmuş Bakı-Lefkoşe təyyarə reyslərinin açılmasına qədər məsələlər aid ola bilər. Bu Kıbrısın rəsmi tanınması deyil ki, Yunanıstan bizə nəsə təzyiq etsin”.
E.Şahinoğlu hesab edir ki, Qarabağın tamamına nəzarəti bərpa etdikdən sonra Azərbaycanın Türkiyə kimi Kuzey Kıbrıs Türk Cümhuriyyətini rəsmən tanınması məsələsi aktuallaşacaq.
“AzPolitika.info”


Şərhlər
Yunanıstan bizə nəə təzyiq edə bilərki,biz ondan çəkinməliyik?Məlumat yazanda bir az düşünməkdə fayda var.Bizim yunanıstanla hansı bölünməyən problemimiz var? KKTC - iləAzərbaycann həm rəsmi həm adi əlaqələri çoxdan yaradılmalı idi.Sadəcə nədənsə (çoxlar bunu bilir ( bzimkilə ikili oyun oynayır.