Menu

TƏBİB-ə yeni səlahiyyət verilib

10.08.2023, 16:47
TƏBİB-ə yeni səlahiyyət verilib

Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydasına dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yeni səlahiyyət verilib.

Əlilliyi olan şəxslər “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”nda nəzərdə tutulmuş dərman preparatları Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birgə müəyyən etdikləri siyahıda nəzərdə tutulan dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunacaqlar.

Əvvəl bu səlahiyyət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində idi.

Şərhlər

Vətəndaş 2023-08-10 18:35:39

Təbib-ə səlahiyyət vermək yox,onu ləğv etmək lazımdır ki, Azərbaycanda səhiyyə sistemi idarəedilən olmaqla bərabər xalqa təmənnasız tibbi xidmət göstərilsin.Səhiyyədə mövcud bazar,alver aradan qaldırılsın.
İnsan ölüm ayağında,təcili əməliyyar olunmalıdır,bunlar deyir get 6000 manat gətir,sonrMəsuliyyət isə hiss edəni yoxdur.Nə qədər əməliyyatların keyfiyyətsiz və yanlış aparılmasından vəfat edənlər var.Bunu hakimiyyəət görmür kiŞ TƏBİB nə ilə məşğuldur?.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol