Prezident İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.
“AzPolitika.info” AZƏRTAC-a istinadla xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib.
"Siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat, humanitar sahələrdə, regional təhlükəsizliklə bağlı məsələlərdə fəal qarşılıqlı fəaliyyətin həyata keçirildiyi qeyd olundu", - məlumatda yazılıb.
Səfir yeni təyinata qədər MDB ölkələrinin Birinci Departamentinin direktoru olub.
M.Yevdokimov 1981-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. O, yeni vəzifəsində Mixail Boçarnikovu əvəz edir.
“AzPolitika.info”


Şərhlər