Alman ordusunun zabiti müdafiə sistemi və orduyla bağlı məxfi məlumatları ruslara ötürməkdə şübhəli bilinərək saxlanılıb.
“AzPoltika.info” xəbər verir ki,TomasH.adlı zabitRusiyanınBonndakı Baş Konsulluğuvə Berlinsəfirliyiilə əlaqə saxlayaraqməxfiməlumatvə sənədlərionlara ötürməkdə ittiham olunur.
Karlsruhe Baş Prokurorluğu Tomas H.-nin evində və iş yerində axtarış aparıldığını, bəzi sənədlərin ələ keçirildiyini açıqlayıb. Sözügedən şəxsin uzun müddətdir Almaniya ordusuna aid məxfi məlumatları Rusiya Kəşfiyyatına ötürdüyü bildirilib.
Saxlanlan alman zabitin 10 ilə qədər həbs oluna biləcəyi bildirilib.
“AzPolitika.info”


Şərhlər