Menu

“Söyüdlü hadisələri ilə hər hansı əlaqəm olmayıb” – Vəkili Nazim Bəydəmirli ilə görüşüb

10.08.2023, 19:59
“Söyüdlü hadisələri ilə hər hansı əlaqəm olmayıb” – Vəkili Nazim Bəydəmirli ilə görüşüb

Vəkil Aqil Layıc həbsdə olan sabiq deputat, iş adamı Nazim Bəydəmirli ilə istintaq təcridxanasında görüşüb.

“AzPolitika.info” xəbər verir ki, vəkil N.Bəydəmirlinin ona qarşı olan ittihamları qəbul etmədiyini deyib: “Nazim Bəydəmirli qeyd etdi ki, Gədəbəydə qızıl zavodunun açılışı zamanı şəxsən ölkə başçısının tapşırığı ilə açılışda iştirak edib. Onun ekoloji təmizliyin qorunmasına dair mediadakı çıxışları, ölkə başçısının açılış zamanı və Söyüdlü hadisələrindən sonrakı çıxışı zamanı qeyd etdiyi nüanslarla üst-üstə düşür”.

Sabiq deputat vəkilə Söyüdlü hadisələri ilə heç bir əlaqəsinin olmadığını deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol