Ədliyyə Nazirliyi Ana Vətən Partiyasının müraciətinə mənfi cavab verib.
Partiya sədri, deputat Fəzail Ağamalı bildirib ki, üzvlərinin siyahısı ilə bağlı nazirlik onlara məktub yollayıb: “Məktubda partiya üzvlərinin anket məlumatları ilə bağlı bir sıra qüsurlar göstərilib. Bu o demək deyil ki, partiya qeydiyyatdan keçmədi. Sadəcə olaraq, təklif olunur ki, həmin qüsurlar aradan qaldırılsın və yenidən nazirliyə təqdim edilsin. Bizim partiyada da bunun üzərində iş gedir. Hesab edirəm ki, nəzərdə tutulan zaman kəsiyində biz dəqiqləşdirmələr aparıb hər şeyi yoluna qoyacağıq”.
Qeyd edək ki, bu ilin əvvəlindən qüvvəyə minən yeni qanunun tətbiqindən keçən müddət ərzində yalnız hakim Yeni Azərbaycan Partiyası dövlət qeydiyyatına alınıb.
“AzPolitika.info”


Şərhlər
Bunun partiyasında heç zaman 10 nəfərsən çox adam olmayıb.Sadəcə yalanşı müxalifət olub.
Partiyalarda təşkilatı işlər zəifdir.