Menu

Azərbaycanda bu məhsullar ucuzlaşdı - SİYAHI

10.08.2023, 23:17
Azərbaycanda bu məhsullar ucuzlaşdı - SİYAHI

İyulda əvvəlki aya nisbətən ərzaq mallarında 1,6 faiz ucuzlaşma qeydə alınıb. Ət və ət məhsulları istisna olmaqla bütün əsas ərzaq mallarında qiymətlər enib.

Ən çox ucuzlaşma tərəvəz məhsullarında müşahidə olunub. Tərəvəzlərin qiymət səviyyəsi 6,6 faiz düşüb.

Tərəvəzlərdən badımсan, xiyar, pomidor, göy lobya, soğan və kartofun qiyməti enib.

Ucuzlaşma sürəti böyük olan məhsullar arasında meyvələr də var. Bir ayda meyvələrin qiymət səviyyəsi 2,8 faiz azalıb.

Meyvələrdən üzümün, bananın, armudun, gavalının qiyməti azalıb.

Tərəvəz və meyvədan başqa yumurtanın qiyməti 1,7 faiz, çörəyin qiyməti 1,1 faiz, yağların dəyəri 1,1 faiz enib.

Ərzaq mallarından yalnız ət və ət məhsulları bahalaşıb. Bu qrup malların qiymətində 0,2 faiz artım qeydə alınıb. 

Şərhlər

VətəndaşNiyə makaron,qənd,peso 2023-08-10 23:48:33

Bu cüzi ucuzlaşma yaınəz sezonıla və bir də xaricə çıxarılma ilə bağlı yaradılan çətinliklə əlaqədardır.Tələsməyin iki qydan sonra bahalaşma sürətinə baxarsınızşNiyə makaron,düyi,yaöıar,şəkər,un,və sair ucuzlaşmır?Nə qıdır Azərbaycanda hakimiyyət monopoliyanı qoruyur belə olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol