Menu

Kafe sahibi hesab üstündə bıçaqlanıb

11.08.2023, 08:59
Kafe sahibi hesab üstündə bıçaqlanıb

Qazaxda kafe sahibi hesab üstündə bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarov mübahisə zəminində sinə nahiyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılıb və istintaqa təhvil verilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, müştəri qismində kafeyə gedib. Yeyib-içdikdən sonra hesabı istəyib. Hesabla razılaşmayıb və kafe sahibi ilə mübahisə edib.

Bu zaman müştəri kafe sahibinə bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol