Menu

“Rusiyada zabitlər arasında intiharların sayı xeyli artıb” – Ukrayna kəşfiyyatı

11.08.2023, 11:17
“Rusiyada zabitlər arasında intiharların sayı xeyli artıb” – Ukrayna kəşfiyyatı

Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra rus zabitləri arasında intiharların sayı xeyli artıb.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat idarəsinin spikeri Andrey Yusov deyib.

Onun sözlərinə görə, Ukrayna əlini qana bulamaq stəməyən rusları qəbul etməyə hazırdır. O, vurğulayıb ki, bura sıravi hərbçilərdən tutmuş, generallara qədər hər kəs aiddir.

Spiker qeyd edib ki, bunun üçün onlar “Yaşamaq istəyirəm” layihəsi çərçivəsində təslim olmalıdırlar. Yusov hesab edir ki, bu, rus zabitləri üçün vəziyyətdən ən yaxşı və təhlükəsiz çıxış yoludur.

“Söhbət qatillərdən və təcavüzkarlardan getsə də, onlarla Cenevrə Konvensiyalarına və beynəlxalq humanitar hüquqa uyğun şəkildə rəftar olunacaq”- deyə, o, əlavə edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol