Menu

Məhkəmə narkotikə görə tutulan şəxsə bəraət verib

11.08.2023, 13:52
Məhkəmə narkotikə görə tutulan şəxsə bəraət verib

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan İsa Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, məhkəmə İ. Cavadovun cinayəti sübuta yetirilmədiyi üçün bəraət verib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs İ. Cavadov Cinayət Məcəlləsinin 234.4.3 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi üzrə ittiham olunub. İ. Cavadovun üzərində 20 qrama yaxın heroin aşkarlandığı bildirilib.

Şərhlər

Əflatun 2023-08-11 16:12:52

Deməli ya qanun fiktivdir.Yya məhkəmələr! Biz hansı dövlət quruluşuna aod oluruq?Bunu kim açıqlayar?Belə başqa dövləti dünyada eşidən,görən olubmu?Buradan belə nəticə çıxmırmı ki,insanları tutmaq üçün qanun hazırlayırlar ki,məhkəmələr rüşvət yığıb azad etsinlər.Belə nəticə vermir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol