Menu

AÇG və “Şahdəniz”dən indiyədək 618 mln. ton neft ixrac edilib

11.08.2023, 16:19
AÇG və “Şahdəniz”dən indiyədək 618 mln. ton neft ixrac edilib

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2023-cü il tarixinədək buradan 409 mlrd. kubmetr qaz hasil olunub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 211 mlrd. kubmetr, “Şahdəniz”dən isə 198 mlrd. kubmetr qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 139,9 mlrd. kubmetrə yaxını ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Məlumata görə, hesabat dövründə AÇG və “Şahdəniz”dən 620,3 mln. tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 577,5 mln. ton neft, “Şahdəniz”dən isə 42,8 mln. tona yaxın kondensat çıxarılıb.

“Bundan 1 avqust 2023-cü il tarixinədək 618,4 milyon tonu ixraca nəql edilib”, - məlumatda bildirilir.

Şərhlər

Vətəndaş 2023-08-11 16:42:30

618 min ton nefrdənAzərbaycan əhalisinin hansı problemi həll olunub?Pensiya,maaş,yoxsa qiymət artımları?Biz necə idarə olunan ölkədə yaşadığımızın fərqindəyikmi?niyə belə olmalıdır?Bunun hesabatı nə zaman veriləcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol