Menu

Zalujnı ABŞ və Britaniya Baş Qərargah rəisləri ilə hərbi əməliyyatların gedişatını müzakirə edib

11.08.2023, 17:54
Zalujnı ABŞ və Britaniya Baş Qərargah rəisləri ilə hərbi əməliyyatların gedişatını müzakirə edib

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı və Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Toni Radakinlə görüşüb.

APA xəbər verir ki, bu barədə Qərargah Rəisləri Komitəsinin rəsmi nümayəndəsi Deyv Batler bildirib.

Batlerin sözlərinə görə, görüş zamanı tərəflər Ukraynadakı hərbi əməliyyatların gedişatını müzakirə ediblər və fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, görüş NATO-nun Avropa üzrə komandanlığının rəhbəri general Kristofer Kavolinin iştirakı ilə videokonfrans formatında baş tutub.

Görüş zamanı baş tutan məsləhətləşmələrin təfərrüatları açıqlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol