Menu

Rusiya neft blokadasını necə “yarıb”? – Qərbin enerji sanksiyaları işə yaramır

11.08.2023, 18:50
Rusiya neft blokadasını necə “yarıb”? – Qərbin enerji sanksiyaları işə yaramır

2023-cü ilin iyul ayında Rusiya beynəlxalq bazarlarda 15,3 milyard dollar dəyərində neft satıb ki, bu da iyun ayı ilə müqayisədə 2,5 milyard dollar çoxdur.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında deyilir. Dənizlə tədarük edilən Rusiya neftinin orta qiyməti 64,41 dollar/barel səviyyəsinə qalxaraq G7 ölkələrinin qoyduğu 60 dollardan yuxarıdır.

Hesabatda deyilir ki, Rusiya neft ixracının təxminən 80 faizi Hindistan və Çinə gedib. Şərqi Avropaya tədarüklər artıb, Türkiyəyə isə satışlar azalıb. Ümumi ixracat 200 min barel azalaraq sutkada 4,6 milyon barelə düşüb.

2023-cü ilin iyulu Urals neftinin orta qiymətinin 2022-ci ilin dekabrında Rusiya gəlirlərini azaltmaq üçün Qərb ölkələri tərəfindən müəyyən edilmiş qiymət tavanını rəsmi olaraq aşdığı ilk ay oldu. Bununla belə, Rusiya nefti ilə əməliyyatların real qiymətinin maksimumdan yüksək olduğu barədə ilk məlumatlar 2023-cü ilin yanvarında ortaya çıxıb.

Satış qiymətləri ilə bağlı məhdudiyyətlər daşıma və sığorta şirkətlərinə Rusiya neftinin bir barelini 60 dollardan yuxarı satan tədarükçülərə qadağa qoymaqla həyata keçirilir. İyul ayında “The Wall Street Journal” yazmışdı ki, maksimum qiyməti məhdudlaşdırmaq ideyasının müəllifləri ABŞ və Avropa İttifaqı, qiymətləri məhdudlaşdırmaq üçün daşıma bazarındakı dominant mövqelərindən tam istifadə edə bilmədilər.

Səbəb Hindistanın tavana qoşulmaqdan imtina etməsi və qadağaya zidd olaraq Rusiya nefti ilə işləyən “kölgə” tanker donanmasının kəskin artması olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol