Menu

Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası icbari tibbi sığorta çərçivəsində həyata keçiriləcək

12.08.2023, 11:03
Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası icbari tibbi sığorta çərçivəsində həyata keçiriləcək

Qaraciyər və böyrək transplantasiyasını, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasını tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri açıqlanıb.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən, bu təminat qaraciyər, böyrək, sümük iliyi və hematopoetik kök hüceyrələrin transplantasiyasına tibbi göstərişi olan, müalicə protokolları və kliniki tövsiyələr əsasında diaqnozu təsdiqlənmiş sığortaolunanlara (resipiyentlərə) şamil ediləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən qaraciyər transplantasiyasının say həddi 100, böyrək transplantasiyasının say həddi 150, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20 müəyyən edilir.

Transplantasiya xidmətlərinin göstərilməsi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun tələblərinə uyğun həyata keçiriləcək.

Şərhlər

Elşən 2025-02-08 12:56:09

Salam çox sağolun ki , bu xəstəlikləri icbari sığortaya salırsız amma xalq kütlə bu prasduru istədiyi həkimlə yəni özəl xəstəxanaların da cəlb olunması yaxşı olardı ki sıxlıq və keyfiyyət həkimə inamsızlıq aradan qaldırılsın. Mən tanıdığım insanlarda belə bir əməliyyat icbari tibbi sığorta tərəfindən dövlət xəstəxanasında həyata keçirildi az müddət sonra xəstə vəfat etdi amma xəstə yiyələri tanıdığı həkim ona qaranti vermişdi sığorta o həkimə göndərmədi . Gürcüstanda ən məşhur özəl xəstəxanada TUDOR xəstəxanası xalqa sığorta ilə xidmət edir bizdə niyə olmasın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol