Ermənistan silahlı qüvvələrinin bölmələri Laçın rayonu ilə həmsərhəd bölgəyə - Gorunzura (Kornidzor) əlavə qüvvə və hərbi texnika toplayır.
Bu barədə "Caliber"in məlumatında bildirilir.
Qeyd olunur ki, texniki müşahidə vasitələrii ilə lentə alınan videoda Ermənistan ordusuna məxsus, qoşqusunda artilleriya qurğuları olan 4 “KamAZ” markalı hərbi maşının, işərisində döyüş sursatı və şəxsi heyətin olduğu 2 “KamAZ” markalı avtomobilin hərəkəti aydın görünür.
"Maraqlıdır ki, 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə təxribat törətməsinə qədər də qarşı tərəfdə analoji hərəkətlər müşahidə olunub.
Bütün bunlar Ermənistanın Qarabağ məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmağa cəhd etməklə faktiki olaraq danışıqlar prosesindən çıxması fonunda baş verir. Ermənistan hakimiyyətinin beynəlxalq tərəfdaşları üçün sərhəddə yeni qanlı “şou” hazırladığını istisna etmək olmaz", - deyə "Caliber"in məlumatında vurğulanır.


Şərhlər