Skabeyeva indi də Türkiyə Prezidentinin üstünə “hürür”. Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri öncəsi Kremlin təbliğat maşını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı “hücuma” keçib və görünür, bu, görüş öncəsi Kreml sahibinin “əlini möhkəmləndirməyə” hesablanıb.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın mərkəzi dövlət kanalında efirə gedən Olqa Skabeyevanın son verilişində Türkiyə və onun başçısı Rəcəb Tayyib Ərdoğan hədəfə alınıb. Birmənalı olaraq, Kremlin sifarişilə hazırlandığı heç bir şübhə doğurmayan verilişdə Skabeyeva və onun “ekspert” qonaqları açıq mətnlə Ərdoğanı düşmən elan edib və Türkiyənin ünvanına müxtəlif səpkili təhdidlər yağdırıblar.
Skabeyeva Ərdoğanın “taxıl sazişi”nə dair çıxışından sitatlar gətirib. Həmin sitatlarda Ərdoğan Qərbi “taxıl sazişi”nin bəzi şərtlərinə əməl etməməkdə günahlandırıb. Skabeyeva isə bunun qarşılığında artıq Rusiyanın Ərdoğanın bu cür çıxışlarına və ümumilikdə onun özünə inanmadığını bəyan edib.
Skabeyeva və “ekspertlər” hətta eyham vurublar ki, bir neçə gün əvvəl Türkiyənin Mərmərə dənizindəki Derincə limanında taxıl terminallarında baş verən partlayışlar Rusiyanın “əl işidir”: “Ukrayna taxılına baş qoşmaq lazım deyil. Bu, çox təhlükəlidir. Oradan qazanc götürə bilməyəcəksiniz”.
Skabeyeva özü Derincə limanındakı partlayışı nəzərdə tutaraq, istehza ilə deyib ki, “yəqin oradakı gəmilərdə “tratil (partlayıcı maddə) tozu” olub və həmin toz da partlayıb”. Qeyd edək ki, doğrudan da sözügedən limandakı partlayışın Rusiya tərəfindən təşkil olunduğuna dair şübhələr var. Rusiya dövlət televiziyasında bu hadisəyə göstərilən münasibət ən azından Moskvanın bunda maraqlı olduğunu və şübhələrin əsassız olmadığını təsdiqləyir...
Skabeyeva və qonaqları Türkiyəyə qarşı münasibətin bu dərəcədə kəskin şəkildə dəyişməsini Ərdoğanın “Azov” komandirlərini Kiyevə təhvil verməsi və Ukraynaya “Bayraktar” verməsilə izah ediblər.
Daha sonra ukraynalıların “qancıq it” adlandırdıqları Skabeyeva bir az da irəli gedərək, birbaşa Ərdoğanı təhdid etməyə çalışıb: “Ərdoğan, sən niyə onlara “Bayraktar” verdin, “azovçuları” verdin? Ərdoğan şirin danışır, ancaq biz ona artıq inanmırıq. Maraqlıdır ki, hətta “azovçuları” verəndən sonra o, yenə də sülh danışıqlarında bizə vasitəçi olmağı təklif edir və eyni anda da türk “Bayraktar”ları Ukraynada uçuşurlar”.

Ancaq nədənsə, Skabeyeva və onun verilişinin simasız qonaqları bütün bunlara baxmayaraq, Putinin nədən Ərdoğanın və Türkiyənin ətəyindən bərk-bərk yapışmasını izah edə bilməyiblər...
Bütün bunlarla yanaşı, verilişin iştirakçıları Skabeyeva başda olmaqla, millət olaraq türkləri təhqir etməyə də cəsarət ediblər. Türkləri “alverçi millət” adlandıran Skabeyeva və “ekspertlər” bildiriblər ki, Türkiyə “taxıl sazişi” ilə sadəcə, öz ticarət maraqlarını güdür və onun bu maraqlarını zərbə altına almaq lazımdır.
Ancaq hələ də həşərat sürüsü kimi Türkiyə sahillərinə axışan və türkləri “alverçi milləti” adlandıran bu canlılar yəqin ki, Türkiyənin, bütünlükdə türklərin şanlı tarixini və bugünkü gücünü kor gözləri ilə görmürlər, ya da görməzdən gəlirlər. Ən əsası isə özlərinin bütün dünyada işğalçılar, qatillər, əyyaşlar milləti kimi ad çıxardıqlarını unudurlar...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Nifrətlə,söyüşlə siyasətdə fikir söyləməklə nəyəsə nail olmaq deyil,ən yaxşı halda məntiqlə,düşünüb ondan öz xeyrinə yaxşı nəticə əldə etmək lazımdır.Allah Ə.Elçibəyi rəhmət etsin,deyirdi,siyasətdə orta mövqe tutub,uzun müddət həmin mövqeydə qalmaq olmaz,tarixən bucür yanaşmalar zamanı ortada qalmışlar tən ortadan bölünürlər,indiki bu dünyadə gedən haqsızlıqlarda qətiyən böyük dövlətlər orta mövqeydə qalmamalıdırlar,sonrası hər şey gec olur,sözün doğrusu dünyanın düzəlməsi gecdir ta.
Ay fah...ə Türkiyədə dəniz sahilində özünü günə verən zaman xoşuna-boşuna gedən seylər-zadlar barədə nə düşünürdün?
Ay q'h
Bu alkaş rusa hele de çatmsyıb ki dünyanı dolandıran ticaret ve siyasetdir.
Arvadı rus olan azərbaycanlılar arvadı erməni olanlardan beş-on qat təhlükəlidirlər.Biz,bunu Skabayeva kimi əxlaqını qoruya bilməyən alkaş rus qadınlarının anti-türk ovqatında olduqlarından da görürük.
Onlar haqlıdırlar ,bizdəki və Türkiyədəki gerizəkalı rusbaşların fəaliyyəti bu nəticəni verməli idi ( Doğu Perincək və onun tayları ) Zəlzələ zamanı us dövlət televizyasında erməni deputat İstanbulu bombalamaq lazımdır ,türklərin başı qarışıb deyəndə birini səsi çıxadı ,indi əqin qarğa-quzğun kimi ötəcəklər ,türkiyə hələ kömək etsin ,bunun acısını ( əgər rus qalib gəlsə ) türkiyə çəkəcək ,rus düşmənçiliyi həmişə olub belə ə davam edəcək
Cəlal bəyə təşəkkür edirik, minnətdarıq. O qədər alçaq vəziyyətə düşüblər ki, özlərinin cinayətlərini görmək belə istəmirlər. Ancaq inşallah axırlarına az qalıb.