Menu

Xerson atəşə tutuldu -23 günlük körpə valideynlərilə birgə öldü + FOTO

13.08.2023, 19:42
Xerson atəşə tutuldu -23 günlük körpə valideynlərilə birgə öldü + FOTO

Rusiya ordusu avqustun 13-də Ukraynanın Xerson vilayətini kütləvi şəkildə atəşə tutub. Zərbələr nəticəsində biri uşaq olmaqla altı nəfər həlak olub.

Bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko və prezident aparatının rəhbəri Andrey Yermak məlumat veriblər.

Məlumata görə, atəş nəticəsində yerli sakinlər - ər, arvad və onların cəmi 23 günlük olan qızı həlak olub.

Bununla yanaşı, 12 yaşlı uşaq da ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Bildirilir ki, raket atəşi nəticəsində beş fərdi ev dağılıb.

Mənbə: rbc.ua

Şərhlər

t.ədalət 2023-08-13 21:14:38

Allah rusa lənət eləsin!Rusun terrorçu ,dinc əhali və körpə qatili olduyğunu, biz daha yaxşı bilirik.Tezliklə rusiyanın sonu gələr,İnşəllah!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol