Menu

Şəkidə istirahət mərkəzində yanğın olub - VİDEO

13.08.2023, 21:53
Şəkidə istirahət mərkəzində yanğın olub - VİDEO

Şəkidə istirahət mərkəzində yanğın baş verib. APA-nın məlumatına görə, axşam saat 17:30-də rayonun Kiş kənd inzibati ərazisində dağlıq-meşəlik ərazinin yamacında inşa edilmiş “Xanlənd Ekstrim Əyləncə Mərkəzi”nin ümumi sahəsi 4 kv/m olan koteclərinin birində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Müfafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində katecin yanar konstruksiyaları və içərisində olan əşyalar yanaraq yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol