Menu

“Laçın yolu ilə qanunsuz daşınan silahlar Qarabağda hərbi baza yaratmaq üçün istifadə olunub” - Elman Abdullayev

14.08.2023, 09:30
“Laçın yolu ilə qanunsuz daşınan silahlar Qarabağda hərbi baza yaratmaq üçün istifadə olunub” - Elman Abdullayev

Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev “X”da paylaşım edib.

“Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub. Deməli, Laçın keçid məntəqəsinin yaradılması, həqiqətən də, Azərbaycanın milli təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malikdir”, - deyə, o qeyd edib.

Şərhlər

Jurnalist 2023-08-14 14:45:53

Belə məlumatlar anlaşılmaz olduğu qədər də ayıbdır.Əvvəla belə yüklərin Azərbaycan ərazisinə keçirildiyini niyə vaxtında müəyyən edib lazımi ölçü götürməmişik?İkincisi ,bəs bizim kəşfiyyatŞ,əks kəşfiyyat nə üçündür?? Üçüncüsü bu ərəfədə bizim XİN və hakimiyyət hansı tədbirləri görüb?Məsələ ötəndən sonra bunun daxili auditoriyada yaymaqda məqsəd nədir? Axı belə hal hakimiyyətin bacarıqsızlığını sübuta yetirir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol