Menu

Ukraynalı diplomat Göyçə gölündə boğuldu – Cinayət işi başlanıb

14.08.2023, 11:17
Ukraynalı diplomat Göyçə gölündə boğuldu – Cinayət işi başlanıb

Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenko Göyçə gölündə boğulub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda bildirilir ki, növbətçi xilasedicilər sahildən 25 metr aralıda göldə bir nəfərin itdiyini görüb, onu sudan çıxarıblar. Təcili yardım gələndə onun öldüyünü təsdiqləyib. 

Hadisə ilə bağlı cinayət işi başlanıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol