Menu

“Priqojin ya öləcək, ya da altı aydan sonra...” - Qrozev

14.08.2023, 14:47
“Priqojin ya öləcək, ya da altı aydan sonra...” - Qrozev

“Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Prqojinin Rusiyadakı gələcəyi ilə bağlı diqqətçəkən bir iddia ortaya atılıb.

“AzPolitika.info” xəbər verir ki, belə bir iddi ilə rusiyalı araşdırmaçı jurnalist Xristo Qrozev çıxış edib.

O, Priqojinin öldürüləcəyini, ya da 6 ay ərzində növbəti dəfə çevrilişə cəhd edəcəyini iddia edib.

“Putin televiziyada çıxış edərkən Priqojini “satqın” adlandırdı. Onların satqınlara nə etdiklərini hərkəs bilir. Amma Putin bunu etməyib. Putin onun öldüyünü görmək istəyir. Lakin o, hələ bunu edə bilməz. Priqojin altı ay ərzində ya öləcək, ya da ikinci bir çevriliş olacaq”,- deyə, o, bildirib.

Xatıraldaq ki, Qrozevin bu ilin yanvar ayında “Financial Times” nəşrinə müsahbiəsində Priqojinin 6 ay sonra Vladimir Putindən üz döndərəcəyi ilə bağlı verdiyi proqnoz doğru çıxmışdı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol