Menu

Moskva Transxəzər layihəsinin əleyhinədir - Video

24.11.2014, 09:01

Russian FM Lavrov attends news conference in MoscowSergey Lavrov: "Transxəzər danışıqlarda iştirak etməyən ölkələrin qanuni maraqlarına toxunan layihədir"

Mən görürəm ki, artıq Xəzər qağayılarına da ikili standartlarla baxırlar. Məsələn, sərf edəndə Xəzər olur ümumi, sərf etməyəndə olur unikal. Amma niyə. Məgər Qara Dəniz unikal deyil? Ya Şimal dənizi... Əlbəttə unikaldır. Amma nədənsə bu yarlığı yalnız Xəzərin belinə yapışdırıblar. Həştərxan sammiti ərəfəsində Rusiya tərəfi bəyanat vermişdi ki, Xəzər dənizi ilə bağlı məsələlər yalnız Xəzəryanı dövlətlərin birgə razılığı ilə həll edilməlidir. Moskva indiyədək anti-Transxəzər mövqeyini Xarici İşlər Nazirliyinin adı məmurlarıyla çatdırırdısa, bu gün Sergey Lavrov nazir özü danışır. Açıq mətnlə bildirir ki, Moskva Transxəzər layihəsinin əleyhinədir:

"Bizim yanaşmamız budur ki, hər bir ölkə suveren şəkildə öz iqtisadi müttəfiqlərini özü seçir. Bir şərtlə ki, bu proses zaman öz qonşularının qanuni maraqlarını pozmamış olsun. “Transxəzər qaz-borusu ölkələrinə, daha doğrusu, Transxəzər layihəsi də məhz bu kateqoriyaya, yəni, bu danışıqlarda iştirak etməyən ölkələrin qanuni maraqlarına toxunan layihələr kateqoriyasına aiddir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol