Ermənistan parlamentinin spikeri Alen Simonyan istirahətə getdiyi İsveçdən sosial media hesabında paylaşdığı fotolar ictimaiyyətdə qəzəb doğurub.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, sosial şəbəkə fəalları spikeri dünən gecə Şirak bölgəsində çoxsaylı insan tələfatı ilə nəticələn yol qəzasına yas tutmamaqda qınayırlar. “Facebook”da Simonyanın hesablarının atına və ünvanına yüzlərlə təhqir, söyüş yazılıb.
Xatırladaq ki, Şirak bölgəsində baş verən qəzada sərnişin daşıyan mikroavtobus yük maşını ilə toqquşub, nəticədə 11 nəfər ölüb, 6 nəfər ağır yaralanıb.
“AzPolitika.info”


Şərhlər