Bildiyimiz kimi, FETÖ məsələsi yenidən aktuallaşıb. Azərbaycan dövləti illər sonra FETÖ ilə bağlı hərəkətə keçib, ölkədəki FETÖ təhlükəsi və FETÖ-çülərlə yenidən mübarizəyə başlayıb. Bu, Azərbaycanda birmənalı qarşılanmır.
Türkiyədə prezident seçkiləri zamanı FETÖ çox ciddi inandırmışdı ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı devirəcək. Bütün plan və proqram onun üzərində qurulmuşdu. Seçkinin nəticəsi FETÖ üçün ürəkaçan olmadıqdan sonra, belə görünür ki, bu terror təşkilatı Türkiyədən əlini üzərək, Azərbaycana doğru yönəlib. O, Türkiyədəki məğlubiyyətinin heyfini çıxmaq üçün Türkiyənin strateji müttəfiqi olan Azərbaycanın üzərinə gəlir.
Araşdırmalar isə göstərir ki, FETÖ-nün Azərbaycanda ən asan işlədiyi sahə təhsildir. Ona görə də məhz təhsil sahəsindəki adamlarını hərəkətə keçirdi. Dövlətin keçirdiyi həbslər isə təhlükənin ciddi olduğunu göstərir. Qubad İbadoğlunun həbs edilməsi və Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən Fazil Qasımov məsələsi onu göstərdi ki, bu iş Türkiyə ilə ortaq həyata keçirilir.

O da aydın oldu ki, Qubad İbadoğluna dəstək olan və Türkiyədəki məhkəmədə də FETÖ-çü olduğu təsdiq olunan Mübariz Mənsimovla Qubad İbadoğlu və oradakı tələblər arasında, həmçinin media ilə əlaqələr quran şəxs Fazil Qasımov imiş.
Üzə çıxan məlumatlara görə, Qubad İbadoğlu ilə Mübariz Mənsimov FETÖ-nün tapşırıqlarını birgə həyata keçiriblər. Maraqlıdır ki, onların hər ikisinin Azərbaycanda "partizan dəstələri" var. Mübariz Mənsimovla bəziləri pula görə, bəziləri - daha təhlükəliləri isə onunla ideoloji baxımdan bir yerdədirlər.
Həmin şəxslər həm mediada, həm siyasətdə, həm QHT sektorunda, həm də dövlətin içərisində var. Belə geniş şəbəkələşmə isə, bir daha qeyd edirik ki, çox ciddi təhlükədən xəbər verir. Çünki onlar təşkilatlanıblar və sözügedən sahələrdə manipulyasiya edə bilirlər. Gələcəkdə onların daha ciddi təxribatlar etmək imkanları da yarana bilər. Bu səbəbdən dövlətin indiki məqamda bu cür əməliyyatlar keçirməsi doğrudur.


Şərhlər
Haber tamamen doğru, Fazıl Türkiye'de FETÖ ideolojisini uyguluyordu ve Hollanda'da Time TV'yi, Türkiye'de MGTV (Mubariz Kurbanoğlu) TV'yi kurdu.
MGTV Başkanı Mustafa Gürbüz pkk simpatizani , İstanbul'da herkes onu Fetocu olarak tanıyor
Yalan yazıb yayanın atasına min ləhnət!..Təhsil vasitəsilə hakimiyyəti..devirmək!?
Kaş hər bir Azərbaycanlı elə Məsimov kimi olaydı.fetoçu idisə niyə buraxdılar?
Bilmirəm bu yazının müəllifi kimdir ,onu bilirəm ki ,yazarın nə dünyadan ,nədə ki cəmiyyətdən xəbəri var .FETO -ancaq hakimyətlərlə işləyir ,bizdə onların tör-töküntüləri Əli Həsənov ,Deputat olmuş ,FETO-nun göstərişi ilə Putinin dostu İlhama özünü sırımaq istəyən Rəbbiyyət Aslanovanın PA -da işləmiş oğlu və s .Xəzər tv ,Qafqaz Unversiteti ,coxlu məktəb-liseylər ,ticarət obyektləri əl dəyişdirdi ,heç kəs həbs olunmadı ,vəssalam
Əl çəkin Mübarizədən.
Bəs PKK?
FETO Azərbaycanda ən çox ədliyyə, daha sonra digər hüquq mühafizə sistemində, hətta parlamentdə möhkəm kök salıb.
Məqaləni kim yazib, yəni müəllifi kimdir?
Bu məqalənin müəllifinin adında yazın barı. Bu cür "dahi və məntiqli fikir sahibi" nin adıni bilmək maraqlı olardı. ...
Boş sözlər yigini
Mənsimovun gəmilərinin adlarına baxın Qubad İbadoqlu da dunyaca tanınmış alimdir o biri si də savadlı bir gənc hec biri Feto avanturasına getməz