Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks"a Dağıstan Fəlakət Təbabəti Mərkəzindən bildirilib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, səbəblər araşdırılır.
***
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində "Globus" ticarət mərkəzinin yaxınlığında yerləşən avtoservis binasında partlayış baş verib. Partlayış nəticəsində azı 10 nəfər ölüb..
Bu barədə Rusiyanın "Baza" teleqram kanalı məlumat yayıb.
Hadisə nəticəsində 50-dən çox insan yaralanıb, ölənlər arasında uşaqlar da var.
Yanğın yaxınlıqdakı evlərə də keçib. Daha bir partlayış təhlükəsi var.


Şərhlər