Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimovun törətdiyi yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
"Unikal"-ın məlumatına görə, qəzada həlak olan Gəncə şəhər sakini 1995-ci il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədovdur.
Qeyd edək ki, o, tanınmış iş adamı, Gəncədəki “İmperial” şadlıq sarayı və istirahət mərkəzinin sahibi Şahin Məmmədovun oğludur.

Nicat Mütəllimovun idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.
Qeyd edək ki, bloqer Nicat Mütəllimov tanınmış nevropatoloq Nafiz Mütəllimovun oğludur.
***
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli (Mütəllimov) qəzaya düşüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloqer və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli açıqlamasında bildirib ki, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub, o, ayağından xəsarət alıb.
Hazırda polis yolda hərəkətin maneəsiz təşkili istiqamətində tədbirlər görür.
TƏBİB-dən verilən məlumatda deyilir ki, xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Bir nəfər isə həyatını itirib.
***
Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, idarəetməni itirən "Porsche" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yük maşınına çırpıb. Minik avtomobili yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, minik avtomobilini "Nikosayağı" kimi tanınan bloger Nicat Şakirli idarə edib. O və avtomobildə olan digər sərnişin ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
Hazırda onlara zəruri tibbi xidmət göstərilir.
Qəza nəticəsində 1 həkimə qədər ölüm qeydə alınıb.


Şərhlər
Bu bloger "Porşe"avtomobilini hansı pulla alıb?
Şadlıq satayı,İstirahət mərkəzi nə vaxtdan işgüzar sahə olu?Bunıar müxtəlif yollatla vəsaiyt ələ keçirib havayı qazanc daınca qaçan insanların (adamların)sahəsidir.Bu sahənin İ"Ş Adamı " məfhumu ilə əlaqəsi yoxdur.İş adamı sənaye sajəsi yaradar,yeni texnologiya gətirər.kütləvi iş yerləri açar və s. Şadlıq evlərii,,İstirahər mərkəziləri havayı qazanc əldə etmə yerləridir.Bunu xalq gözəl bilir.