Avqustun 16-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorka gedəcək.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun iddiasına görə, Mirzoyan Xankəndindəki “humanitar vəziyyətlə” əlaqədar Ermənistanın yalanlarının müzakirə olunacağı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasına qatılacaq.
Xatırladaq ki, avqustun 16-da Ermənistanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Ermənistanın bu kimi təxribatçı addımlarını pisləyib və İrəvanı sülh prosesindən çəkilməkdə ittiham edib.
“AzPolitika.info”


Şərhlər