Millət vəkili Etibar Əliyev Xalq artisti Rasim Balayevlə bağlı sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirib. O, xüsusu ilə aktyorun “BBC Azərbaycan”a müsahibəsində işlətdiyi “Mən niyə özümü həsr etməliyəm bu kütləyə?” ifadəsinin üzərində dayanıb.
“AzPolitika.info” deputatın qeydlərini oxuculara təqdim edir:
“Görkəmli aktyor Rasim Balayev “kütlə” anlayışını işlətməklə qəzəbə tuş gəlib. Kütlə ilə bağlı dünyanın nəhəng psixoloqları və sosioloqlarının əsərləri var. Məsələn, Qüstav Lebonun “Kütlənin psixologiyası”, Xose Qassetin “Kütlənin inqilabı”, Ziqmund Freydin “Kütlə psixologiyası və insan “mən”inin analizi”, Nobel mükafatı laureatı Elias Kanettinin “Kütlə və hakimiyyət” əsərlərini misal çəkmək olar. Sonuncu əsəri kütlə haqqında yazılmış bütün dövrlər üçün əsas tədqiqat əsəri saymaq olar. 1927-ci ilin 15 iyulunda Kanetti Vyana ədalət məhkəməsi sarayının bir qrup qiyamçı fəhlə tərəfindən yandırılmasının şahidi olur. Hadisəni təlatümlə izləyən bu gənc oğlan kütlə psixologiyası ilə məşğul olmaq qərarına gəlir. Sonralar yazdığı kitabda o, folklor, mifologiya, ədəbiyyat və tarixi təcrübədən istifadə etməklə kütlə hərəkatları haqqında hərtərəfli tədqiqatını yazır.
Kanettiyə görə, kütlədə bir insan başqa bir insana bərabərdir: “Kütlə-yaranma, yaşama və dağılma qanunauyğunluqları olan bütöv varlıq kimi öz məxsusi həyatını yaşayır”. Uzağa getmək lazım deyil, sosial şəbəkələrdə eyni psixologiyalı (eyni cür düşünən, narsist) kütlə meydana gəlib. Trollar isə sürü rolunu oynayır.
Biz Rasim Balayevin çəkildiyi bütün filmləri sevirik və baxmaqdan doymuruq. Böyük rejissor Federiko Fellinidən ömrünün sonuna yaxın soruşurlar ki, niyə film çəkmir. Cavabı belə olur: “Mənim tamaşaçılarım artıq həyatda yoxdur”. Rasim Balayevin tamaşaçılarının böyük kəsimi həyatdadır. Və bizim onun şəxsiyyətinə və yaradıcılığına kütləvi şəkildə rəğbətimiz var.
P.S. Maraqlı əsərlərin qısa təqdimatında əsasən belə bir ifadə yazırlar: “Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur”. Bu ifadədən heç kim incimir. Kütlə əsəri başa düşməyə də bilər və qorxulu anlayış deyil. Film də belədir. Aktyorun emosiyasını başa düşməyə də bilərik”.


Şərhlər
Rasim Balayev çoxdan,yəni Ayaz Mütəllibovun vaxtından "şirvançılıqla məşğuldur.Azərbaycanın digər bölgələrinə həqarətlə baxır.Ona görə də belə çıxışlar edir.Onun oynadığı rolların Azərbaycan dövlətçiliyinə cəbhədə döyüşən əsgərin patavası qədər xeyri yoxdur.
Rasim Balayevə mənim böyük hörmətim vardır, sənətinə də, şəxsiyyətinə də...ancaq Rasim Balayev də gərək bir ağsaqqal kimi söz seçəndə diqqətli olsun...onun kütlə sözünü işlətməsini doğru hesab etmirəm...kütlə xalqın böyük bir hissəsidir və belə yanaşma istənilən sənətkarın həm sənətinə və həm də şəxsiyyətinə zərbə vurar və istənilən halda, necə deyərlər əksəriyyətin sözü Cəmiyyət tərəfindən dəstəklənir...
Rasim Balayev mükemmel İnsan Gözel aktyor şexsiyyetine hörmet eden bir şexsdir.Fitri istedad sahibidir.İnsanın sebrini gerek so hedde çatdırmayasan.Rasime her adaö qiymet ver bilmez onu incitmek könlünü qırmaq edaletsizlikdir.Ümumiyyetle senet adamların qarşı millet gerek bşr az hessas ola mence onlar bizden ferqli insanlardır.