Menu

Səhiyyə Nazirliyi və TƏBİB-ə xaricdən dərman gətirmək səlahiyyəti verilib

15.08.2023, 15:36
Səhiyyə Nazirliyi və TƏBİB-ə xaricdən dərman gətirmək səlahiyyəti verilib

Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi yalnız reseptdə yazılan miqdarda dərman vasitələrini ölkəyə gətirə biləcəklər.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla, ölkə ərazisində satışı qadağandır.

Şərhlər

vətəndaş 2023-08-15 22:44:06

ikili idarəçilik səhiyyəni bərbad edir.Bunu Halomoyyət niyə anlamır?İndi də dətman alveri?Bu məzhəkə nəyə yarayır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol