Urojaynoye belə azad edilib - VİDEO
Xəbər verildiyi kimi, Ukrayna ordusu Donetsk vilayətinin Urojaynoye qəsəbəsini işğalçılardan azad edib. Bunu Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar da rəsmən təsdiqləyib.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatında və sosial şəbəkələrdə Urojaynoye yaşayış məntəqəsində gedən döyüşləri, Rusiya qoşunlarının qəsəbədən qaçmasını və əraziyə Ukrayna bayrağının sancılmasını əks etdirən videogörüntülər paylaşılıb.
Məlumatda qeyd olunur ki, müharibəyə qədər 2000 əhalinin yaşadığı Urojaynoye ötəni ilin martında işğal olunmuşdu. Döyüşlər nəticəsində qəsəbə demək olar yer üzündən silinib. Bu yaşayış məntəqəsinin azad olunması Ukrayna ordusunun işğalçı qoşunların nəqliyyat xətlərini atəş altında saxlamaq imkanlarını çoxaldır.
“AzPolitika.info”
Videoya tam şəkildə bu linkdə baxa bilərsiniz: https://www.unian.net/war/urozhaynoe-doneckaya-obl...
***
Ukrayna ordusu Donetsk vilayətinin Urojayne qəsəbəsini azad edib. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatları davam edir.
Ukrayna qoşunları azad etdikləri ərazilərdə möhkəmlənir.


Şərhlər