Ukrayna ən azı üç ərazidə əks-hücum əməliyyatları aparır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırma İnstitutunun (ISW) məlumatında bildirilir.
Qurumdan verilən məlumata görə, Ukrayna hazrda bu üç bölgədə - Baxmutda, Melitopol və Berdyanskda əks-hücum səylərin davam etdirir.
ISW geolokasiya edilmiş görüntülərə istinadən bildirir ki, Ukrayna qüvvələri Zaporojjye bölgəsinin qərbində də əlavə əks-hücum briqadaları təşkil edib.
Ukraynalı polkovnik Petro Çernık bildirib ki, Ukraynanın cənubda ləng irəliləməsinin səbəbi Rusiyanın burada üç eşelonlu müdafiə xəttinin olmasıyla bağlıdır.
Onun sözlərinə görə, Rusiyanın birinci müdafiə xəttində bir neçə kilometr uzunluğunda mina sahələri, ikinci xəttdə artilleriya, avadanlıq və personal birlikləri, üçüncü xəttdə isə hərbi ehtiyatları qorumaq üçün mövqelər var.
“AzPolitika.info”


Şərhlər