Menu

Avropa Birliyi Rusiya-İran hərbi əməkdaşlığından narahatdır

16.08.2023, 14:47
Avropa Birliyi Rusiya-İran hərbi əməkdaşlığından narahatdır

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrel İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla telefon danışığında, İranın Rusiya ilə hərbi əməkdaşlığından narahatlığını bildirib.

“AzPolitik.info” xəbər verir ki, o, bu barədə “X” (keçmiş adı “Twitter”-red.) sosial şəbəkə hesabından paylaşım edib.

“Mən İran XİN başçısı Abdullahiyan ilə digər məsələlərlə yanaşı, İranda həbsdə olan Avropa vətəndaşlarının azad edilməsinin və fundamental insan hüquqlarına hörmətin təmin edilməsinin vacibliyi haqqında danışdım. Biz İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə dialoqu müzakirə etdik. Rusiya ilə hərbi əməkdaşlıqdan dərin narahatlığımı dilə gətirdim”,-deyə o, qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2023-08-16 15:40:23

Vallah bu fransız arsızı doğurdanda dünyanı barmağına dolayır,dünyanın yarısı nato-nun üzvüdür bəs iran,rusya,çin və yüzlərlə digər dövlətlər neyləsin,onlarda natonun demokratiya bayrağı altında işğalçı siyasətin qabağında əlləri yalın natonu gözləməzlərki,umumiyətlə adamdan-xətamə qədər,hərbi birliklərin axırı işğalçılıq siyasətinə söykənir,kimindən aslı olmayaraq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol