“Ukrayna rəhbərliyi arasında hərbi strategiya ilə bağlı müəyyən fikir ayrılıqları var”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Newsweek” nəşrinə Ukrayna hökumətinə yaxın mənbələrdən biri məlumat verib.
“Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı hərbi əməliyyatları davam etdirərək irəliləmək istəyir. Siyasi tərəfdə isə bunun hazırda məntiqli olub-olmaması ilə bağlı bəzi suallar var. Uğursuz əks-hücuma görə Ukrayna komandanlığı ilə Zelenski administrasiyası arasında bölünmə yaranır”,-deyə mənbə bildirib.
Döyüş meydanındakı gərginlik Ukrayna hərbi komandanlığında dəyişikliklərə səbəb ola bilərmi sualına isə mənbə belə cavab verib: “Mən konkret heç nə eşitməmişəm, amma belə bir şey mümkündür”.
“AzPolitika.info”


Şərhlər