Menu

“Surovikinə susmaq əmr olunub” - Generalın harada olduğunu açıqlandı

16.08.2023, 15:16
“Surovikinə susmaq əmr olunub” - Generalın harada olduğunu açıqlandı

“Ukraynadakı Rusiya qoşunları komandanının müavini, general Sergey Surovikini vəzifəsindən uzaqlaşdıraraq, ev dustaqlığına göndəriblər və ona yaddan çıxana qədər susmağı əmr ediblər”.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “Politico” nəşri belə bir məlumat yayıb.

Qəzet adını çəkmədiyi Rusiya hərbi bloqerlərinə istinadla yazır ki, barəsində rəsmi istintaq aparılmasa da, Surovikini ev dustaqlığına məhkum ediblər.

Məlumatda Putin nəzərdə tutularaq deyilir: “Surovikin haqqında bir nəfər qərar verməlidir və bu, nə qədər uzun vaxt çəksə, həmin şəxsin əsəbi bir o qədər soyuyacaq...”

Məlum olduğu kimi, söhbət general Surovikinin “Vaqner” başçısı Yevgeni Priqojinlə əlaqələrinin və qiyamla bağlılığının araşdırılmasından gedir.

Qeyd edək ki, bundan az öncə Rusiya Dumasının deputatı Viktor Sobolev də Surovikinin vəzifəsindən azad edildiyini bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol