Menu

BMT-nin mənzil-qərargahı önündəki aksiyada təxribat: ermənilər azərbaycanlılara hücum ediblər - FOTO

16.08.2023, 23:45
BMT-nin mənzil-qərargahı önündəki aksiyada təxribat: ermənilər azərbaycanlılara hücum ediblər - FOTO

ABŞ-nin Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər.

"Report"un ABŞ bürosu xəbər verir ki, aksiya Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla "humanitar böhran" yaratdığına dair iddialarına etiraz məqsədi ilə baş tutub.

Əllərində Azərbaycan bayraqları və plakatlarla əraziyə gələn aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasından ədalət tələb edirlər.

BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən həmvətənlərimizə qarşı ermənilər təxribat törədiblər.

"Report"un ABŞ bürosu xəbər verir ki, bir neçə erməni əllərində plakatlar və bayraqlara azərbaycanlılara hücum çəkiblər.

Onlar yoldan keçən maşınların qarşısını kəsib və həmvətənlərimizə təziq göstəriblər. Qarşıdurma davam edir. Bölgəyə Nyu-York polisinin əməkdaşları gəlib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın müraciəti ilə Laçın yolunu müzakirə etmək üçün təcili iclas keçirir.

Sessiyada Azərbaycanı ölkənin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təmsil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol