Ukrayna payız və ya qış aylarında Qərb müttəfiqlərindən “F-16” qırıcılarını qəbul edə bilməyəcək.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Yuri İqnat Ukrayna televiziyasının efirində bildirib.
Onun sözlərinə görə, bu qırıcılara böyük ümidlər var idi, çünki onlar ölkənin hava hücumundan müdafiə sisteminin bir hissəsinə çevrilə və Rusiyanın raket və pilotsuz təyyarələrinin zərbələrindən müdafiəyə kömək edə bilərlər.
Eyni zamanda o qeyd edib ki, ukraynalı pilotların və kadrların hazırlanması məsələsi praktiki olaraq hərəkətə başlayıb.
"Biz başa düşürük ki, pilotlarımız yaxın gələcəkdə təhsil alacaqlar", - Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi bildirib.
Bundan əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirmişdi ki, ukraynalı pilotların “F-16” təyyarələrində təlimi avqustda başlayacaq.
Eyni zamanda, “Politico”nun məlumatına görə, ukraynalı pilotların hazırlığı yalnız bu ilin sonunda başlayacaq və ilk təyyarə Ukraynaya 2024-cü ilin yazından tez çatmayacaq.
İyul ayında “Politico”, Danimarka və Hollandiyanın başçılıq etdiyi 11 ölkədən ibarət koalisiyanın ukraynalı pilotlara “F-16”-nı idarə etmək üçün təlim verməyə hazır olduğunu, lakin ABŞ-ın rəsmi icazəsi olmadan bunu edə bilməyəcəyini bildirmişdi. Prezident Co Bayden bu icazəni keçən həftə vermişdi.
Eyni zamanda, “Politico”nun məlumatına görə, Ukrayna hərbçilərinin təlimini dəstəkləyən 11 dövlətdən heç biri hələlik bu proqram üçün təyyarə ayırmayıb. Təlim kursunun tarixləri, yeri və müddəti daxil olmaqla əsas detallar müəyyən edilməyib.
“Rusiyanın işğalı başlayandan bəri Ukrayna hərbi aviasiya donanmasının böyük hissəsini itirib, Kiyev Qərb müttəfiqlərindən ordunu mümkün qədər tez müddətdə müasir qırıcılarla təmin etməyi tələb edir. Lakin ABŞ rəsmiləri belə təyyarələrin Ukraynanın hazırkı əks-hücumuna kömək edə biləcəyinə inanmırlar”, - “The Washington Post” yazır.
“AzPolitika.info”


Şərhlər