ABŞ dövlət katibi Entoni Blinken Rusiyada casusluq ittihamı ilə 16 il azadlıqdan məhrum edilən amerikalı Pol Uilonla telefonla danışıb.
“AzPolitika.info” xəbər veri ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.
Blinken Uilonu inamını saxlamağa çağırıb və Vaşinqtonun "onun mümkün qədər tez evə qayıtması üçün mümkün olan hər şeyi etdiyini vurğulayıb. Məhkum qardaş David Uilon telekanala söhbətin uzun və səmimi olduğunu təsdiqləyib. O, başqa təfərrüatları açıqlamayıb.
Bu, dörd il ərzində Blinkenin Mordoviyadakı həbsxanada cəza çəkən Uilonla ikinci telefon danışığıdır. CNN-in məlumatına görə, ilk söhbət 30 dekabr 2022-ci ildə baş tutub.
Keçmiş dəniz piyadası Pol Uilon 2018-ci ilin dekabrında Moskvada saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidməti iddia edib ki, həbs zamanı onun haqqında məxfi məlumatlar olan fləş disk tapıblar. 2020-ci ildə ABŞ vətəndaşı casusluq ittihamı ilə 16 il həbs cəzasına məhkum edilib. Uilon özünü təqsirli bilməyib.
Bu gün “Wall Street Journal” qəzetində Moskvanın Rusiyada həbsdə olan amerikalıların, o cümlədən Pol Uilon və jurnalist Evan Qerşkoviçin hazırda Amerika həbsxanalarında cəza çəkən onlarla rusiyalı ilə dəyişdirilməsinə az maraq göstərdiyi barədə məqalə dərc edilib.
Məqalə müəllifinin fikrincə, bu, Vaşinqtonu Rusiya vətəndaşlarının saxlandığı və Moskvanın qaytarılmasında maraqlı ola biləcəyi üçüncü ölkələrlə danışıqlara başlamağa məcbur edib. Çeçenistan müharibəsi iştirakçısını qətlə yetirdiyinə görə Almaniyada saxlanılan Vadim Krasikovdan danışmaq olar. Qəzetin mənbələri mübadilə üçün mümkün namizədlər arasında rusiyalı hakerlər Vladimir Dunaev və Vladislav Klyuşinin də adlarını çəkib.
Qəzetin məlumatına görə, ümumilikdə ABŞ-ın federal həbsxanalarında 25 Rusiya vətəndaşı cəza çəkir. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, daha 35-ə yaxın rusiyalı şübhəli şəxs qismində dövlət həbsxanalarında və ya müvəqqəti saxlama yerlərində saxlanılır.
“AzPolitika.info”


Şərhlər