“Azov” batalyonu hərbi fəaliyyətlərini bərpa edib. Onlar Luqansk vilayətində gedən döyüşlərə qoşularaq, düşmənə xeyli sayda itki verdiriblər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının Baş İdarəsinin Tətbiqlərin Planlaşdırılması Departamentinin direktoru vəzifəsini icra edən polkovnik Nikolay Urşaloviç məlumat verib.
Urşaloviçin sözlərinə görə, “Azov” əsgərləri avqustun 15-də Serebryanski ərazisində rusların minaatan heyətini və mühəndis maşınını məhv ediblər.
“AzPolitika.info”


Şərhlər