“Ərdoğan Putini taxıl müqaviləsinə qayıtmağa məcbur edəcək. Düşünürəm ki, Putin də müəyyən şərtlərlə taxıl müqaviləsinin uzadılmasına razılıq verəcək. Lakin bunun üçün ona indikindən daha çox güzəştlər ediləcək”.
“AzPolitika.info” xəbər verir ki, belə bir proqnozla rusiyalı hüquq müdafiəçisi Mark Feyqin çıxış edib.
Feyqin qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinə təzyiq göstərmək üçün kifayət qədər rıçaqlara malikdir: “Bosfor və Çanaqqala – bu, rıçaqdır, yoxsa yox? Türkiyənin kölgə iqtisadiyyatı çərçivəsində Rusiyaya təzyiq göstərmək imkanları var”.
Ekspert onu da qeyd edib ki, Putin Türkiyə ilə münasibətləri korlamaqda maraqlı deyil: “Türkiyədən narazı olsanız, onlar sizə silah verməyəcək və ya Ukrayna tərəfdən müharibəyə qoşulacaq. Türkiyə artıq Ukraynaya kömək edir, amma bu, nisbi formadadır”.
Feyqinin sözlərinə görə, Putin taxıl müqaviləsinin uzadılmasına razı olacaq: “Putin çox güman ki, ona vəd edilən şeyləri alacaq. Məncə, “Rosselxozbank” “SWIFT”-ə qoşulacaq. Putin bu güzəştlərdən yararlanacaq. Ərdoğan bu barədə həm ABŞ, həm də onun tərəfdaşları ilə razılaşacaq”.
“AzPolitika.info”


Şərhlər