Menu

Arayik istefaya hazırlaşır? – “Moskvadan göstəriş gəlməsə...”

17.08.2023, 16:21
Arayik istefaya hazırlaşır? – “Moskvadan göstəriş gəlməsə...”

Moskvadan göstəriş gəlməsə, Qarabağdakı separatçıların sözdə lideri Arayik Arutyunyan istefa verə bilər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak" nəşri məlumat yayıb.

Məlumata görə, Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən məyus qayıdıb. Çünki Paşinyan Azərbaycanın tələblərinə alternativin olmadığını deyib.

Nəşr yazır ki, Arutyunyan istefaya doğru getdiyini düşündüyü üçün bu barədə ətrafındakılara da mlumat verib.

Onun istefasının bu ayın sonuna qədər baş tutacağı deyilir.

“AzPolitika.info”

Şərhlər

Turan 2023-08-17 16:56:35

Araik İrəvana necə gedib ???????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol